Xəbər lenti
Şeyxlər Putinlə birləşərək "köhnə dosta" meydan oxuyurlar
Manevr.az xəbr verir ki, Səudiyyə Ərəbistanı ilə Rusiya arasında inkişaf edən neft ittifaqı həm ABŞ iqtisadiyyatı, həm də Prezident Co Baydenin seçki kampaniyası üçün böyük problemlər yaradır. Bayden keçən yay hasilatı artırmaq üçün Səudiyyə Ərəbistanına danışıqlara getdikdən sonra OPEC+ bu ay ikinci dəfə xam neft hasilatını azaltmaq qərarına gəlib.
"Bloomberg" yazır ki, OPEC+ qrupunun addımları tənəzzül və inflyasiya risklərini artırır.
Təhlillərə görə, Səudiyyə Ərəbistanı-Rusiya rəhbərliyi altında OPEC+ qrupunun gücünün artması neftin qiymətinin və inflyasiyanın artmasına səbəb olmaqla yanaşı, iqtisadiyyatda tənəzzül risklərini də artırıb.
Aprelin 2-də verilən ixtisar qərarından sonra neftin qiyməti bir barel üçün təxminən 5 dollar artıb. Enerjiyə daha çox xərcləyən istehlakçıların digər xərclərini azaldacağı qorxusu tənəzzül qorxusunu də artırıb. Bu, həm də onu göstərir ki, uzun müddətdir problem olan inflyasiya ilə mübarizə bir müddət yüksək səviyyədə qala bilər.
Təhlildə geosiyasi ittifaqların dəyişdiyi də bildirilir. Qeyd olunur ki, Səudiyyə Ərəbistanı artıq Vaşinqtonun orbitindən qopmağa başlayıb. Səudiyyəlilər son vaxtlar neft hasilatını Rusiya ilə razılaşdıraraq müəyyən etməyə başlayıblar.
Digər tərəfdən, Körfəz krallığı İranla gərginliyi azaltmaq üçün ABŞ-dan yan keçərək sövdələşməyə vasitəçilik etmək üçün Çinə üz tutub. Bununla da Qərbin neft inhisarına təsiri son illərin ən aşağı səviyyəsinə düşüb.
Təhlildə vurğulanır ki, səudiyyəlilərin Rusiya və OPEC+ ölkələri ilə qurduqları cəbhəni qoruyub saxlaya biləcəklərinə dair heç bir zəmanətin yoxdur:
“Hələlik dünyanın ən mühüm əmtəəsinin qiymətini ABŞ-ın artıq dost kimi etibar edə bilməyəcəyi bir ölkə müəyyən edir".
2 apreldən sonra Səudiyyə rəsmiləri bu addımın hər hansı diplomatik gündəmdən çox milli prioritetlər tərəfindən müəyyən edildiyini bildiriblər.
“Asharq Al-Awsat” qəzetinə danışan Səudiyyə Ərəbistanının keçmiş neft naziri Məhəmməd Əl Sabban deyib:
"“OPEC+ indi və keçmişdə neft bazarlarını sabitləşdirə bilib. Qərb dövlətlərinin iddialarının əksinə olaraq, bunun siyasətlə heç bir əlaqəsi yoxdur”.
Cari qiymətlərin bu orta səviyyədən xeyli yuxarı olacağı gözlənilir. "Bloomberg Economics"-in modelləşdirməsinə görə, neft qiymətlərindəki hər 5 dollar artıma görə ABŞ-da inflyasiyanın 0,2 faiz bəndi artacağı gözlənilir.
Analitiklər mövcud geosiyasi gərginliyə və iqtisadi mühiti nəzərə alaraq, yaxın illərdə qiymətlərin bir barel üçün 80 dollardan yuxarı qalacağını proqnozlaşdırırlar.
Digər tərəfdən, bu vəziyyətin ucuz rus neftini daha az ala bilən ölkələrə təsir edəcəyi realdır. Çin və Hindistan kimi ölkələr neft tələbinə görə ilk sıradadır, ancaq Çin özünü qiymət artımlarından qismən qoruyur.
Çin əhəmiyyətli miqdarda Rusiya və İran neftini endirimlə alır. Digər böyük və sürətlə inkişaf edən iqtisadiyyat olan Hindistan da ən böyük tədarükçüsünə çevrilmiş Rusiyadan ucuz yanacaq alır.cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar