Manevr.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri Avstriya Konstitusiyası və Avropa Birliyi (AB) naziri Karoline Edtştadler yerli mətbuata açıqlamasında bildirib.
Xatırladaq ki, Avstriya Xarici İşlər Nazirliyinin əvvəlki bəyanatında Avstriyanın Roma Nizamnaməsinin tərəfi kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi və Putinin ölkəyə gəlməyə qərar verəcəyi təqdirdə BCM-ə ekstradisiya üçün həbs ediləcəyi qeyd edilib.
Macarıstan dövlət naziri Gergey Quyaş isə bu nizamnaməni imzalamağına baxmayaraq deyib ki, Putin ölkəyə gələrsə, həbs olunmayacaq.
“Həbs hüquqi əsas daşımır. Macarıstan qanunlarına əsasən, Rusiya Prezidentini həbs edə bilmərik”.ölkə.az