Xəbər lenti
ABŞ-ın Ukrayna planları barədə məxfi sənədlər mətbuata necə sızıb?

Pentaqon sosial şəbəkələrdə Ukrayna qoşunlarının vəziyyətini, ABŞ və NATO-nun onları gücləndirmək planlarını təsvir edən materialların sızmasını araşdırır.
Manevr.az xəbər verir ki, Bloomberg Senatdakı adı açıqlanmayan mənbəyə istinadən yazır ki, aprelin 19-da ABŞ prezidenti Co Baydenin administrasiyası Pentaqonun sənədlərinin sızması ilə bağlı amerikalı senatorlar üçün məxfi brifinq keçirəcək.Əlavə edək ki, bundan əvvəl ABŞ senatorlarının sızdırılan sənədlərlə bağlı məxfi brifinq tələb etdiyi bildirilib.
Məlumata görə, Pentaqon sosial şəbəkədə Ukrayna qoşunlarının vəziyyətini, ABŞ və NATO-nun onları gücləndirmək planlarını təsvir edən materialların sızmasını araşdırır.
“The New York Times” qeyd edib ki, martın əvvəlinə aid sənədlər “Rusiya hökumətyönlü Telegram kanallarında” yayılıb. İnternetdə 100-dən çox sənədin əldə oluna biləcəyi iddia edilib. Baş verənlərdən sonra dəyən ziyan əhəmiyyətli olaraq qiymətləndirilir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sızma ilə bağlı sualı cavablandırarkən bildirib ki, Rusiya Federasiyası ABŞ və NATO-nun münaqişədə birbaşa və ya dolayısı ilə iştirakına şübhə etmir.
Ağ Ev şəbəkədə dərc olunan materialların həqiqiliyini təsdiqləməkdən imtina edib və sızmanın necə və niyə təşkil edildiyi versiyasını hələlik səsləndirməyə hazır olmadıqlarını bildirib.bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar