Xəbər lenti
Şimali Koreya raket atdı: Yaponiya əhalini evakuasiyaya çağırdı

Şimali Koreya ballistik raket sınaqlarına yenisini əlavə edib. Yaponiya hökuməti "J-Alert" erkən xəbərdarlıq sistemi ilə əhalinin evakuasiyasına çağırıb.
Manevr.az xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın yerli vaxtla saat 08:00 radələrində ballistik raket atdığını açıqlayıb.
Yaponiya Sahil Mühafizəsi ballistik raketin ölkənin şimalındakı Hokkaydo bölgəsinə düşə biləcəyi ilə bağlı məlumat yayıb.
"J-Alert" erkən xəbərdarlıq sistemi ərazidəki sakinləri binaların və ya yeraltı sığınacaqların içərisinə təxliyə etməyə çağırıb.
Nazirlik ballistik raketin Hokkaydo sahillərinə düşdüyünü açıqlayıb. Ərazidə evakuasiya çağırışı geri götürülüb.
Bölgədəki sürətli qatarların hərəkəti qısa müddətə dayandırılıb.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri testin Şimali Koreyanın şərq sahilindən keçirildiyini təsdiqləyib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































