Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Tramp keçmiş vəkilini məhkəməyə verir

Tarix: 13-04-2023 09:53     Baxış: 3252 A- / A+

ABŞ-ın keçmiş prezidenti Donald Tramp keçmiş vəkili Maykl Koenə qarşı etimadın pozulması iddiası ilə dava açıb.

Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp 2016-cı il prezident seçkiləri zamanı onun vəkili olmuş Maykl Kohenə qarşı etimadın pozulması iddiası ilə 500 milyon dollarlıq iddia qaldırıb. Florida Dairə Məhkəməsinə təqdim edilən 32 səhifəlik iddiada Koenin peşəkar qaydaları pozduğunu və keçmiş müştərisi Trampın sirlərini açaraq sui-istifadə etdiyi bildirilir. Koenin nəşr etdiyi kitabları və podkast seriyaları isə Trampı gözdən salmaq cəhdləri kimi göstərilir . Digər tərəfdən, Koenin əməliyyat xərclərini həddən artıq qiymətləndirərək Trampın şirkətindən 75 min dollar ədalətsiz qazanc əldə etdiyi iddia edilən faylda, Koenin təxminən 500 milyon dollar təzminat ödəməsi tələb edilib. Bu məbləğ məhkəmə prosesi zamanı müəyyən edilmişdir.

Donald Tramp bu yaxınlarda yetkin kino ulduzu Stormi Danielsə susmaq üçün ödəniş etdiyi iddialarına görə məhkəmə qarşısına çıxıb, Koen isə ictimaiyyətə Trampın adından Danielsə öz hesabından 130 min dollar ödədiyini təsdiqləyib. Həmçinin bildirilib ki, Trampa qarşı cinayət işində Koen susqunluq ödənişi ilə bağlı ifadə verə bilər.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar