Xəbər lenti
Selçuk Bayraktar: “TCG Anadolu” desant gəmisi dünyanın hərb tarixində inqilabdır”

Bunu “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.
O hesab edir ki, bundan sonra Türkiyənin dənizlərdəki əraziləri daha təhlükəsiz olacaq: "Bütün dünya PUA-larımızın müharibədəki rolunu gördü. PUA-larımız müharibə strategiyasını dəyişdi. “TCG Anadolu” isə PUA-larımızı daha da güclü edəcək”.
S.Bayraktar “TCG Anadolu”nun fəaliyyətə başlamasını dünyanın hərb tarixində inqilab kimi qiymətləndirib: “PUA-larımız “TCG Anadolu” ilə birlikdə xidmət etsə, dünya hərb tarixində inqilab olacaq”.
Şirkət direktorunun fikrincə, Türkiyə istehsallı “Qızıl Alma” və “Akıncı” PUA-ları bu gün F-16- qırıcı təyyarələri ilə müqayisə oluna biləcək gücdədir: “Yerli texnikalarımız F-16-ların sahib olduğu bütün sursatlara sahibdir”.
Qeyd edək ki, “TCG Anadolu” aprelin 10-da istifadəyə verilib.
Xatırladaq ki, layihənin icrasına 2016-cı ildən başlanılıb. Gəmi 2019-cu ilin mayında suya buraxılıb və 2022-ci ilin iyun ayından etibarən onun sınaqları həyata keçirilib. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar