Xəbər lenti
Ərdoğanın əleyhinə çıxış edən CHP sədri məhkəmədə

Manevr.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bakırköy 24-cü Ağır Cəza Məhkəməsində keçirilən prosesdə Canan Kaftancıoğlunun vəkili və prezident Rəcəb Tayyib Ərdoğanın vəkili iştirak edib. Kaftancıoğlunun vəkili söz alaraq, “Müvəkkilimiz seçki işləri ilə əlaqədar iclasda iştirak edə bilmədi. Bu dinləmə qərara alınmasa, üzrlü hesab edilməsini xahiş edirik. Onu növbəti məhkəmə iclasına hazırlayacağıq”, - deyə bildirib.
Prosesdə dövlət ittihamçısı mahiyyəti ilə bağlı rəyini açıqlayıb. O bildirib ki, Canan Kaftancıoğlunun iclasdakı çıxışı Türk Dil Qurumu tərəfindən “bütün siyasi hakimiyyəti özündə cəmləşdirmiş şəxs” kimi müəyyən edilib. Ali Məhkəmənin presedent qərarlarının olduğunu bildirən prokuror, Kaftancıoğlunun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Şikayətlərinin davam etdiyi ilə bağlı fikirlərlə razılaşmadıqlarını bildirən Ərdoğanın vəkili müdafiə üçün vaxt istəyib.
Məhkəmə, Kaftancıoğlunun bəhanəsini qəbul edərək, onun iştirak etdiyi zaman müdafiəsinə qalxmağa qərar verərək iclası təxirə salıb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar