Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Siqareti tərgidənlərə pul veriləcək

Tarix: 12-04-2023 09:10     Baxış: 3198 A- / A+


Siqareti tərgidənlərə pul veriləcək

İngiltərədə siqareti tərgitməyə təşviq etmək üçün bir milyon insana pulsuz elektron siqaret dəsti paylanacaq.

Manevr.az xarici mətbuata istinadən bildirir ki, hamilə qadınlara isə siqareti tərgitmələri şərti ilə 400 funt sterlinq (843 manat) veriləcək.

Həmçinin siqaret paketlərinə tütün məmumlatlarını tərgitmək üçün tövsiyələrin daxil edilməsi üçün istehsalçılarla danışıqlar aparılacaq.

Hökumət 2030-cu ilə qədər ölkədə siqaret çəkən əhalinin sayını 5 faizə endirməyi hədəfləyir.

Sözügedən planda yetkinlik yaşına çatmayanlara qeyri-qanuni elektron siqaret satışının qarşısının alınması da var.

Hökumət elan edib ki, İngiltərədə təxminən hər beş siqaret çəkəndən birinə psixoloji dəstəklə yanaşı siqareti tərgitmək üçün dəst də veriləcək. 
Böyük Britaniyada qadınların 9 faizinin hamiləlik dövründə hələ də siqaret çəkdiyi təxmin edilir. Hökumət maliyyə və psixoloji dəstəklə atılan bəzi addımların keçmişdə öz nəticəsini verdiyini bildirir.
 
Rəsmilər planın təxminən 45 milyon funt sterlinqə başa gələcəyini təxmin edirlər. Bu məbləğ Səhiyyə Nazirliyinin büdcəsindən maliyyələşəcək, lakin yerli hakimiyyət orqanları tərəfindən idarə olunacaq.
 
Siqaret istehlakı ilə mübarizə aparan Action on Smoking and Health (AHS) adlı təşkilatın lideri Deborah Arnott atılacaq addımlardan məmnun olduqlarını bildirib.sfera.az

Manevr.az
 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar