Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Azərbaycanlı hərbçi yalnız bu halda qaytarıla bilər" - Xandanyan

Tarix: 11-04-2023 17:55     Baxış: 3237 A- / A+
vk sharing button
“Azərbaycanlı hərbçinin qaytarılması hüquq-mühafizə orqanlarının araşdırmasından sonra bəlli olacaq”.
Manevr.az xəbər verir ki,  bunu aprelin 11-də jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Sarkis Xandanyan bildirib.
O bildirib ki, Azərbaycan əsgərinin qaytarılması məsələsi fraksiya səviyyəsində müzakirə olunmayıb.
“Biz aydınlaşdırmalıyıq ki, onlar azıblar, yoxsa daha təhlükəli hədəflərlə əraziyə daxil olublar. Azərbaycanlıların Ermənistan ərazisinə daxil olması siyasi qiymət məsələsi deyil, hüquq-mühafizə orqanları bu suala cavab verməlidir. Çox güman ki, məlumat hərtərəfli olan kimi hüquq-mühafizə orqanlarının əməkdaşları müvafiq açıqlama verəcəklər”, – deyə Xandanyan bildirib
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu itkin düşüb. Hadisə Şahbuz rayonu istiqamətində baş verib. Əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən əsgərlərimiz ərazidə istiqaməti itirərək azıblar.
Erməni mediası onlardan birinin əsir düşdüyünü, digərinin isə axtarışlarının davam etdiyini bildirib.konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar