Xəbər lenti
Pentaqondan İrəvana ŞOK

Məlumata görə, Pentaqon bəyan edib ki, Ermənistanın “Müdafiəçi 23” təlimində iştirak edən ölkələr siyahısına salınması səhv idi. Müdafiə Nazirliyi “Amerikanın səsi”nin mövzu ilə bağlı sualını belə cavablandırıb.
Bildirilib ki, Ermənistanın “Müdafiəçi 23” təlimində iştirak edən ölkələrin siyahısına daxil edilməsi sadəcə olaraq Pentaqonun daxili mətbuat komandasının səhvi olub. “Ermənistan tərəfi “Müdafiəçi 23” təlimlərində heç vaxt iştirak etməyib və iştirakçılar siyahısına daxil edilməməli idi”, - deyə Pentaqonun cavabında bildirilir.
Qeyd olunub ki, ABŞ Müdafiə Nazirliyi aprelin 22-də Avropanın on ölkəsində başlayacaq “Defender 23” hərbi təlimləri barədə məlumat yayıb. Ermənistan da təlimlərdə iştirak edən ölkələr siyahısına daxil edilib, lakin bir neçə saat sonra mesajın yenilənmiş variantında Ermənistanın adı iştirakçı ölkələr siyahısından çıxarılıb.
Aprelin 8-də Armenpress-in sualına cavab olaraq Ermənistan Müdafiə Nazirliyi iddia edib ki, Müdafiə Nazirliyi bu il ABŞ Ordu Komandanlığının Avropada təşkil etdiyi 2 hərbi təlimdə iştirak etməyi planlaşdırır. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar