Xəbər lenti
İranlı aktrisadan molla rejiminə hicab etirazı - ŞƏKİL
İranlı məşhur aktrisa Katayoun Riahi həmkarı Kimart Porəhmədin dəfn mərasiminə hicbasız qatılıb.
Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, aktrisanın bu addımı İranda məcbur hicab qanununa etiraz kimi qiymətləndirilib.
Azadlıq Radiosunun İran bölməsi aktrisanın dəfn mərasimindən fotosunu yayıb. Fotoda Riahinin hicabsız olduğu aydın şəkildə görünür.
Ötən ilin sentyabrından İranı etiraz dalğası bürüyüb. Bunun səbəbi 22 yaşlı Məhsa Əminin polis bölməsində ölməsidir. Məhsa Əmin polisə hicab qanunu pozduğu üçün aparılıb. İranlı fəallar onun döyülərək öldürüldüyünü düşünürlər. Məhsa Əmin ölümü onsuz da mövcud rejimdən narazı olan xalqın hiddətini bir qədər də artırıb və ölkədə etiraz aksiyalarına start verilib.
Katayoun Riahi bu aksiyayaları ilk gündən dəstəkləyib. Elə bu səbəbdən həbs olunub. Daha sonra məhkəməyə qədər sərbəst buraxılıb.
Riahinin dəfn mərasiminə hicabsız qatılması onun həbs və təzyiqlərə baxmayaraq mövqeyindən geri çəkilmədiyini göstərir.
Ehtimal olunur ki, aktrisa bu addımına görə cəzalandırılacaq. İranlı fəallar hesab edir ki, ölkənin tanınmış şəxslərinin bu tip addımları rejimi ciddi narahat edir. Çünki tanınmışların etirazları dəstəkləməsi rejimin qorxu altında saxlamağa çalışdığı sıravi vətəndaşlar üçün motivasiyadır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar