Xəbər lenti
Prezidentdən Krım sayıqlaması
“Fiqaro” qəzetinin 7 aprel sayında verilən məlumata görə, dövlət başçısı jurnalistlərlə söhbətində deyib ki, Krımı Rusiyaya güzəştə getməklə müharibəni dayandırmaq olar: “Dünyaya sakitlik gərəkdir. Biz çıxış yolu tapmalıyıq. Rusiya prezidenti Ukraynanı tuta bilməz, ancaq Ukrayna prezidenti də hər şeyi istəməməlidir”.
Manevr.az Novator.az istinadla bildirir ki, 1945-ci il təvəllüdlü Luis İnasiu Lula da Silva 2003-2010-cu illərdə prezident kürsüsünü tutub, 2022-ci ildə yenidən dövlət başçısı seçilib.
1873-cü ildə Rusiyanın işğalı altına düşən, 1954-cü ildə Ukraynaya verilən Krım qədim türk torpağıdır.
Rusiya Krım yarımadasını 2014-cü ildə işğal edərək Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub.
2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib.
Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Rusiyanın Ukraynada apardığı işğalçı müharibə dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur.
Dünya birliyi Rusiyadan Ukrayna torpağının hər qarışından qeyd-şərtsiz çəkilməyi tələb edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar