Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyalı ombudsman: “Ukraynalı uşaqlara rus dili öyrədiləcək”

Tarix: 05-04-2023 09:12     Baxış: 4228 A- / A+

“Müharibə zonasından gətirilmiş uşaqlar rus dilini öyrənəcəklər. Lakin təhsil müəssisəsinin imkanları daxilində Ukrayna dilini də öyrənməyə davam edə biləcəklər”.
Bu barədə Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Ombudsman Mariya Lvova-Belova Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransı zamanı bildirib.
“Dövlət dilimiz rus dilidir. Təbii ki, onların öyrənəcəkləri əsas dil rus dilidir. Amma onların milli əsasda Ukrayna dilini seçmək imkanı da var. Əgər təhsil müəssisəsində belə bir imkan olarsa, təbii ki, uşaqlar, həmçinin Ukrayna dilini də öyrənməyə davam edə bilərlər”, - deyə Lvova-Belova qeyd edib.  
Ombudsman, həmçinin müharibə bitdikdən sonra müharibə zonasından gətirilən uşaqların öz doğma şəhərlərinə qaytarılması ilə bağlı sualı da cavablandırıb. “Bütün uşaqların qanuni təmsilçiləri var. Bu qərar qanuni təmsilçilər, valideynlər tərəfindən veriləcək. Sosial müəssisələrin şagirdləri olan uşaqlarla bağlı qərarı yeni respublikalarımızın rəhbərləri verəcəklər”, - deyə o əlavə edib.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar