Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

NATO Baş katibi Çinə xəbərdarlıq etdi

Tarix: 03-04-2023 20:07     Baxış: 4397 A- / A+



"Çin Ukraynaya qarşı müharibədə kömək üçün Rusiyaya silah tədarükünə başlasa, böyük səhv edəcək".
Manevr.az report-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.
Onun sözlərinə görə, NATO xarici işlər nazirlərinin növbəti görüşündə Rusiya və Çin arasında artan yaxınlaşmanın müzakirəsi planlaşdırılır: "Rusiya və Çinin beynəlxalq nizama və demokratik dəyərlərə meydan oxuduğu bir vaxtda həmrəy olmağımız vacibdir".
Xatırladaq ki, daha əvvəl Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Çinin Rusiyaya silah ötürməyəcəyinə dair vəd verdiyini bildirmişdi.
Qeyd edək ki, hazırda Belçikanın paytaxtı Brüssel şəhərində Ukrayna-NATO komissiyasının iclası keçirilir. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba müzakirələrdə iştirak edir.Aprelin 4-5-də isə Brüsseldə NATO XİN başçılarının toplantısı olacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar