Xəbər lenti
Suriyada İranın daha bir yüksək rütbəli zabiti məhv edildi

Bir neçə gün öncə İsrail qüvvələrinin Suriyanın paytaxtı Dəməşq ətrafındakı hədəflərə zərbəsi nəticəsində yaralanan İranın İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") hərbi müşaviri Miqdad Mehqani ölüb.
Bu barədə "Sabrin News" və "Sepah"a bağlı teleqram kanalları məlumat yayıb.
Xatırladaq ki, bu, son günlər İranın Suriyada itirdiyi ikinci zabitdir. Daha öncə İsrail qüvvələrinin əməliyyatı sonucunda "Sepah"ın hərbi müşaviri Milad Heydəri zərərsizləşdirilmişdi.
Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu 1979-cu ildə ayətullah Xomeyninin tərəfdarlarından ibarət hərbiləşdirilmiş dəstələrindən yaradılmış elit hərbi-siyasi birləşmədir. "Sepah" İran-İraq müharibəsində, həmçinin "Hizbullah" təşkilatının yaradılmasında fəal iştirak edib. Rəsmi olaraq İran silahlı qüvvələrinin bir hissəsidir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar