Xəbər lenti
Ruslar Qazaxıstanda müstəqilliyi elan etdilər – Qarabağ ssenarisi
Qazaxıstanda ruslar arasında separatçılıq fəaliyyəti aktivləşib.
Manevr.az globalinfo.az-a istinadən xəbər verir ki, martın sonlarına doğru Şimali Qazaxıstan vilayətinin Rusiya ilə sərhəddə yerləşən Petropavlovsk şəhərində 20-yə yaxın nümayəndə Astana əleyhinə bəyanat yayıb. Rusların adından çıxış edən nümayəndələr özlərinin müstəqilliyi və suverenliyini elan ediblər. Onlar Qazaxıstan dövlətinin bütün təsisatlarına etimadsızlıq elan etdiklərini bildiriblər.
Qazaxıstan Milli Təhlükəsizlik Xidmətinin artıq məsələ ilə bağlı geniş araşdırmaya başladığı vurğulanıb. Yerli mətbuat isə müstəqilliyini elan edən şəxslərin üzrxahlıq videosunun yayıldığını yazıb. Mətbuat videoda rusların, əslində, onların öz müstəqilliklərini Qazaxıstandan yox, oliqarxlardan elan etdiklərini, müxalifətin isə buna don geyindirərək başqa cür təbliğ etdiyini bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya ilə Qazaxıstan arasında dəfələrlə Şimali Qazaxıstanla bağlı gərginlik yaşanıb. Xüsusilə Ukrayna savaşından sonra rusiyalı bir sıra deputatlar bu bölgənin Rusiyaya birləşdirilməsi bəyanatı ilə çıxış ediblər ki, buna da Astana kəskin reaksiya verib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar