Sizin Reklam Burada
Xəbər lenti
14-05-2024
13-05-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın xanımı: “Müharibədə 11 min nəfər fərarilik etdi”

Tarix: 02-04-2023 10:20     Baxış: 3150 A- / A+
“Biz reallığı gizlədərək yüksək pafoslu sözlər deməyi sevirik, amma reallıq budur ki, 44 günlük müharibədə 11 min nəfər fərarimiz vardı”.
Manevr.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan deyib.
“Biz müharibədə Davidi (Ermənistan ordusunun əsgəri -red) və onun kimi daha 4 000 əsgəri itirdik, çünki çoxları cəbhəyə getmədi, müharibə zamanı Ali baş komandan Vətəni müdafiə etmək üçün könüllüləri çağıranda onlar çağırışa gəlmədilər. Mən bir qadın olaraq özüm dəstə yaratmaq qərarına gəldim ki, kişilər buna böyük ehtiyac olduğunu görsünlər. Görsünlər ki, silahlı dəstə yaradıb öz vəzifələrini yerinə yetirməyə, dəstələr formalaşdırmağa gedənlər qadınlardır. Kişilərin buna reaksiyası yaxşı olmadı, kişilərimiz buna qoşulmadı”.
Anna Akopyan bununla yanaşı kişilərə hörmət etdiyini deyərək, eyhamla danışıb: “Mən sizə, arvadlarınıza, uşaqlarınıza hörmət edirəm, amma icazə verin, bu hörməti saxlayım”.
Qeyd edək ki, Ermənistan müxalifəti müharibədəki məğlubiyyəti səbəbindən Paşinyanı və onun komandasını satqın, vətən xaini adlandırır.
Anna Akopyan qeyd edib ki, tədbirlərdən birində iştirak edənlərdən bəziləri “satqınlara ölüm” qışqırırdılar: “Amma “ətrafımızda 11 min (fərari -red) kişi vardı. Biz düşünməliyik, yenidən danışmalı və reallığı gizlətməməliyik. Ümid edirəm ki, satqın deyəndə, bu, şişirdilməməlidir, çünki bizdə mühakimə olunanlar, xüsusən zabitlər çoxdur. Amma satqınlara ölüm deyəndə yenə özümüzü analiz etmirik və bizimlə (mövcud hakimiyyətlə -red) heç bir əlaqəsi olmayan və ya ən yaxşı halda hökumət binasında oturan birinin reallığına, bizdən nə qədər uzaq olduğuna baxırıq”.(Report)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar