Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kadırovun oğlu Azərbaycana niyə gəlib - Şeyxin qardaşı danışdı

Tarix: 01-04-2023 14:40     Baxış: 3225 A- / A+


Kadırovun oğlu Azərbaycana niyə gəlib - Şeyxin qardaşı danışdı

Bu yaxınlarda Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oğlu Əhməd Kadırov Azərbaycana gəlib. O, səfər zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirib.
Məlumata görə, tərəflər Azərbaycan və Çeçenistan arasında iqtisadi əlaqələri gücləndirmək, eləcə də müxtəlif sosial-iqtisadi sahələrdə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək istəyini ifadə ediblər.

Kadırov sosial şəbəkə hesabında bildirib ki, M.Cabbarovla görüşdə sərhədyanı əməkdaşlıq və qarşılıqlı ticarətin həcminin artırılması məsələsi də nəzərdən keçirilib.
Əhməd Kadırovun Azərbaycanda səfərdə olduğu bir məqamda onun atası barədə müxtəlif iddialar müzakirə predmetinə çevrilib. Sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında yayılan məlumata görə, Çeçenistan lideri Ramzan Kadırovun vəziyyəti ağırdır, hətta onun ölüm ayağında olduğu deyilir. Bu səbəbdən ehtimal olunur ki, Çeçenistanın ilk prezidentinin adını daşıyan Əhməd Kadırov atasının postuna keçməyə hazırlaşır.
17 yaşlı Kadırovun iki həftə öncə Rusiya prezidenti Vladimir Putinlə görüşüb, ondan xeyir-dua aldığı yayılan xəbərlər sırasındadır. Belə sensasion informasiyaların fonunda Kadırovun Bakıya hansı səbəbdən gəlməsi sual doğurur.

Bu barədə Modern.az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə Ramzan Kadırovun oğlunun ölkəmizə qonaq qismində gəldiyini bildirib.
"Kadırovun oğlu Azərbaycana qonaq kimi gəlib. Bu yaxınarda Rusiya hakimiyyətinin ekologiya üzrə müşaviri Azərbaycanda səfərdə olub. O, xarici işlər naziri ilə görüşüb. Məhz Kadırovun oğlu da bu səbəbdən ölkəmizə gəlib".
Şeyxin qardaşı Əhməd Kadırovun atasında yerinə keçməsi haqda məlumatsız olduğunu söyləyib:
"Onun hansısa vəzifəyə keçməsi barədə heç nə deyə bilmərəm, çünki bu haqda informasiyam yoxdur. Məncə, onun Azərbaycana gəlməsində problemli bir şey yoxdur. Ramzan Kadırovun səhhətinə gəlincə, sözün açığı, bu barədə xəbərim yoxdur. Sadəcə onu deyə bilərəm ki, Kadırovun oğlunun Azərbaycana gəlməsi ilə onun səhhəti ilə bağlı yayılan xəbərlər arasında heç bir əlaqə yoxdur".
Qeyd edək ki, bir müddət əvvəl Çeçenistan lideri Ramzan Kadırovun səhhətində ciddi problemlərin olmasına dair xəbərlər yayılmışdı. Bildirilirdi ki, Kadırovun böyrəkləri sıradan çıxıb və onun vəziyyəti kritikdir. İddialara cavab verən Kadırov deyilənlərin həqiqəti əks etdirmədiyini, tamamilə sağlam və gümrah olduğunu açıqlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar