Xəbər lenti
Dünyanın sonu çatır - qorxulu proqnoz
Dünyanın ən məşhur fiziki Stiven Hokinq qorxulu xəbərdarlıq edib.
Manevr.az-ın məlumatına görə, o, dünyanı tərk etməyin labüd olduğunu deyib. Bunun üçün isə bəşəriyyətin maksimum 100 il zamanı var.
Fizikin sözlərinə görə, insanlıq həyatda qalmaq üçün bunu etməlidir. BBC-nin yeni sənədli filmi üçün açıqlama verən Hokinq insanların dünyada məskunlaşmaq zamanının getdikcə daraldığını deyib. Bəşəriyyət üçün əsas təhlükələri də açıqlayıb - iqlim dəyişikliyi, astroid toqquşması, xəstəliklərin yayılması, insanların sayının sürətlə artması.
Britaniyalı alim bundan öncə də dünyanın qaçılmaz sonu barədə proqnoz verib. "The Daily Mail"in yazdığına görə, fizik Yerdə həyatın sonunun nüvə müharibəsi, süni intelektin fəaliyyəti və ya virusun genetik konstruksiyalaşması ilə bağlı olacağı qənaətindədir. Hokinq ənənəvi olaraq insanları planetdən qaçmağa səsləyib və kosmik uçuşlar üçün yüksək səviyyədə texnologiyaların yaradılmasının labüdlüyünü dilə gətirib.
Dünyanın ən məşhur fiziki Stiven Hokinq bir müddət öncə bəşəriyyətin sonuna səbəb ola biləcək daha bir faktoru açıqlamışdı. İstiPress-in məlumatına görə, fizik insan sağlamlığına düşmən olan piylənməyə qarşı xəbərdarlıq edib. "Həddindən çox yeyir, çox az hərəkət edirik. Yaxşı ki, çıxış yolu var. Daha çox fiziki aktivlik və qidalanma şəklimizi dəyişdirmək".
Fizik dünyanın sonunu gətirə biləcək başqa faktorları da açıqlamışdı. Bu siyahıda nüvə savaşları, genetikası dəyişdirilmiş virus və süni zəka yaradılması var idi. O, hətta başqa planetlərdə həyat axtarmağı sürətləndirməyi də təklif edib.istipress
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar