Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

AHİK: Fransada insan haqları kobud şəkildə pozulur

Tarix: 31-03-2023 22:03     Baxış: 4165 A- / A+
AHİK: Fransada insan haqları kobud şəkildə pozulur
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Pan Avropa Regional Şurasının üzvü kimi Fransa Ümuməmək Konfederasiyası (CGT) ilə uzun illərdir dostluq münasibətləri var. Beynəlxalq həmkarlar ittifaqları hərəkatı çərçivəsində daim təşkilatlarımız arasında qarşılıqlı fikir mübadiləsi aparılır və nümayəndə heyətlərinin səfəri təşkil edilir. Son zamanlar Fransada baş verən tətilləri yaxından izləyirik və təəssüf ki, demokratiyanın beşiyi sayılan Fransada tətildə iştirak edən çox sayda işçilərə, həmkarlar ittifaqları üzvlərinə qarşı polislər tərəfindən zor tətbiq edilir. Bu da ilk növbədə fundamental insan haqlarının, sərbəst toplaşma və fikir azadlığı hüquqlarının kobud pozulmasıdır.
 
Bu sözlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fransada baş verən tətillərlə bağlı bəyanatından yer alıb.
 
Bəyanatda daha sonra deyilir: “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq Fransada pensiya yaşının uzadılmasına qarşı çıxan Fransa həmkarlar birlikləri ilə həmrəy olduğumuzu bildiririk. Pensiya sistemindəki islahat işçilərin və onların ailələrinin rifahına birbaşa hücumdur. Bərabərsizlik və yaşayış böhranının artığı bir dövrdə bu cür islahat qəbuledilməzdir, çünki bu, öz növbəsində ölkədə və cəmiyyətdə yeni sosial-iqtisadi problemlərə gətirib çıxara bilər. Biz Fransa hökumətindən tələb edirik ki, insanlara küçələrdə tətbiq edilən zorakılığı dayandırsın və işçilərin hüquqlarını qoruyan həmkarlar ittifaqları təşkilatları ilə ortaq məxrəcə gəlmək üçün bir masaya əyləşsin”. modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar