Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya İrəvana “xəbərdarlıq atəşi” açdı

Tarix: 28-03-2023 12:27     Baxış: 3172 A- / A+



Ermənistanın bu yaxınlarda Putinin həbsinə order vermiş Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasını tanıması Rusiyada ciddi hiddət doğurub. BCM-nin yurisdiksiyasının tam tanınması üçün onunla bağlı sazişin parlamentdə ratifikasiyası zəruridir. Bu da onsuz da həssas olan Ermənistan-Rusiya münasibətlərini şübhə altına ala bilər.
Manevr.az xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan Ermənistan Konstitusiya Məhkəməsinin BCM-lə bağlı müsbət rəy verməsini şərh edərkən deyib.
“Düzünü desəm, İrəvanın niyə Roma Statutunu ratifikasiya etməli olduğunu anlaya bilmirəm. BCM hansısa qərar çıxarsa və Azərbaycanı günahkar elan etsə belə, Bakı bunu sadəcə olaraq görməzlikdən gələ bilər. Çünki onlar bu müqaviləni tanımır və onun yurisdiksiyasına daxil deyillər.
Azərbaycanın yüksək rütbəli hərbçilərinin BCM vasitəsilə məsuliyyətə cəlb edilməsi nəticəsiz olacaq, lakin bu qərar Ermənistan-Rusiya münasibətlərinə yenidən zərbə vuracaq. Əlbəttə ki, Ermənistan BCM-in Rusiya ilə bağlı qərar qəbul etməsindən əvvəl (BCM-in 17 martda Rusiya prezidenti haqda həbs qərarı verməsi nəzərdə tutulur – red.) BCM müqaviləsinin ratifikasiyası prosesinə başlayıb. Amma həmin an məhkəmədə Rusiya ilə bağlı artıq müzakirə gedirdi. Bu baxımdan İrəvanın addımı Rusiya tərəfində anlaşılmazlığa səbəb olacaq. Ona görə də belə hallarda hər zaman diplomatik iş lazımdır. İnanmıram ki, Ermənistan hakimiyyəti müvafiq diplomatik iş aparıb və Moskvaya öz hərəkətlərinin məqsədəuyğunluğunu izah edib. Bakıya təzyiq məsələsində BCM mexanizmlərinin səmərəsizliyi və Rusiya ilə münasibətlərə zərbə səbəbindən Roma Statutunun ratifikasiyası yersizdir ”, - o bildirib.
Qeyd edək ki, Rusiya artıq İrəvanın bu addımına dair susqunluğunu pozub. Ermənistan Konstitusiya Məhkəməsinin təsdiqindən üç gün sonra Rusiya XİN İrəvanın BCM-nin Roma Statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz adlandırıb. Rusiya tərəfinin narahatlığı birbaşa deyil, TASS dövlət xəbər agentliyi vasitəsilə Xarici İşlər Nazirliyindəki mənbə vasitəsilə ifadə olunub.
Erməni mütəxəssislər hesab edirlər ki, Rusiyanın seçilmiş leksikon və informasiyanın ötürülməsi üslubu daha çox “xəbərdarlıq atəşinə” bənzəyir. Çünki TASS-ın həmsöhbəti Ermənistana İrəvanın qərarının ikitərəfli münasibətlərə son dərəcə mənfi təsir edəcəyi barədə xəbərdarlıq edildiyinə də diqqət çəkib.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar