Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Putin Belarusu "girov götürdü" - Pentaqon TƏCİLİ bəyanat yaydı

Tarix: 26-03-2023 17:13     Baxış: 3138 A- / A+

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin ölkəsinin Belarusda taktiki nüvə silahı yerləşdirəcəyini bildirib.

Manevr.az musavat.com-a istinadən xəbər verir ki, Rusiya dövlət mediasının məlumatına görə, Putin bu addımın nüvə silahlarının yayılmasının qarşısını alan müqavilələri pozmayacağını bildirib. O xatırladıb ki, ABŞ da öz silahlarını Avropa ölkələrində yerləşdirib.
Rusiya liderinin bu sərəncamı ilə Moskva 1990-cı illərin ortalarından bəri ilk dəfə olaraq xaricdə nüvə silahına sahib olacaq. Putin əlavə edib ki, Moskva silahlara nəzarəti Minsk administrasiyasına verməyəcək.
Putinin nüvə addımından sonra ilk bəyanat ABŞ-dan gəlib. Pentaqondan verilən açıqlamada Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir işarənin olmadığı vurğulanıb.
Müdafiə Nazirliyinin Mətbuat İdarəsindən verilən yazılı açıqlamada qeyd olunub ki, Rusiyanın açıqlaması ilə bağlı xəbərlər və bu vəziyyət ciddi şəkildə izlənir.
Ukrayna isə Rusiyanı “Belarusu girov götürməkdə” ittiham edib.
Digər tərəfdən, Vaşinqtonda yerləşən Müharibə Tədqiqat İnstitutunun (ISW) analitikləri nüvə müharibəsinin böyüməsi riskinin "son dərəcə aşağı" olduğunu açıqlayıblar. 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar