Xəbər lenti
Müharibədə ciddi dəyişiklik – Savaşın və iki liderin taleyi həll edilir
“Məlum olduğu kimi, təxminən 7 aydır ki, Donetsk vilayətinin Baxmut şəhərində gərgin döyüşlər gedir. Hər iki tərəfdən ciddi itkilər var. Ukrayna Rusiyanın hücumlarına hələ ki, tab gətirə bilir. Sözsüz ki, hər iki tərəfin işi getdikcə çətinləşir. Həmçinin sülh perspektivi də hər ötən gün azalır”.
Manevr.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.
Onun sözlərinə görə, Rusiyanın hücum tempini azaltmasının bir neçə əsas səbəbi var:
“Silah-sursat çatışmazlığı, şəxsi heyət arasındakı itkilər, hərbi elitadakı ikitirəlik və s.
Kənan Novruzov
Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” muzdlu hərbi qruplaşması arasında ziddiyyət getdikcə artır. Bu, özünü bir sıra məqamlarda, o cümlədən Baxmutdakı döyüşlərdə göstərir. Rusların xeyli vaxtdır Baxmutda uğur qazana bilməməsinin əsas səbəblərindən biri də yəqin ki, budur.
Bir çox ekspertin düşündüyü kimi, müharibənin əsas “drijoru” Qərbdir. ABŞ və müttəfiqlərinin silah tədarükündən asılı olaraq savaşın taleyi həll oluna bilər. Belə ki, Qərb Ukraynaya lazımi dəstəyi versə, bu dövlət işğal altındakı torpaqlarını azad edə, Rusiya uduza bilər. Amma dəstək lazımi səviyyədə olmasa rəsmi Kiyevi daha ağır günlər gözləyir”.
Ekspertin sözlərinə görə, hazırda Qərb müharibənin uzanmasında maraqlıdır:
“Ona görə silah tədarükü balanslı şəkildə həyata keçirilir. Ukrayna rəsmilərinin, o cümlədən Prezident Volodimir Zelenskinin zaman-zaman silah çatışmazlığı ilə bağlı verdiyi açıqlamalar da bu baxımdan səciyyəvidir.
Əlbəttə, tərəflərin resursları tükəndikcə Qərb seçim qarşısında qalmalı olur. ABŞ və müttəfiqləri müharibə ilə bağlı ya “tamam”, ya “davam” qərarı verməlidir. Bu mənada savaşın sonuncu mərhələsinin başlayıb-başlamayacağı demək olar, Qərbdən asılıdır. Fikrimcə, döyüşlər Rusiya, yaxud Ukraynada siyasi hakimiyyət dəyişənə və ya ölkələrdən biri parçalananadək davam edəcək. Bu isə yaxın perspektiv üçün real görünmür”.globalinfo.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar