Xəbər lenti
Ermənistan prezidentindən müharibə anonsu...
Mübariz Azərbaycanlı, müstəqil jurnalist
Ermənistan hökumətində sülh sazişi adı altında hərə bilərəkdən bir hava çalsa da, ritmin bir-birilərinin sümüyünə düşməsi dəqiq notlarla hesablanıb. Məsələn, Paşinyan özünü sülh göyərçini kimi göstərmək istəsə də, bu ölkənin baş diplomatı Ararat Mirzoyan Azərbaycana qarşı özünün yersiz şərtlərini irəli sürərək sülhə açıq şəkildə əngəl yaradır. Ermənistan prezidenti Xaçaturyan isə İtaliyanın “La Repubblica” qəzetinə verdiyi son müsahibəsində sülh sazişinin bağlanacağına olan bütün ümidləri alt-üst edir.
Baxın, Ararat Mirzoyanın sülh sazişi ilə bağlı Bakıya ünvanladığı təkliflərin detallarına diqqət edəndə, burada rəsmi İrəvanın sülhə doğru addım atmasını deyil, əksinə, sülhdən boyun qaçırmasını daha çox görürük. O bu təkliflərin birində “delimitasiyanın meyarlarının dəqiqləşdirilməsini” qeyd edəndə, heç şübhəsiz ki, Azərbaycan tərəfinin Qazağın 7 və Naxçıvanın 1 kəndindən vaz keçməsini, eyni zamanda, Ermənistana sərf edəcək xəritə üzrə delimitasiya və demarkasiyanın aparılmasını nəzərdə tutur. Əlbəttə, Mirzoyan yaxşı bilir ki, rəsmi Bakı öz doğma kəndlərindən heç vaxt imtina etməyəcək və nəticədə bu şərtlərlə sülh sazişi bağlanmayacaq.
Mirzoyan ikinci bir təklifində, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələlərinə cavab verən beynəlxalq mexanizmin olmasını ön plana çəkir ki, bununla o, Qarabağ ermənilərinə hansısa bir statusun verilməsinə işarə vurur. Ancaq Mirzoyan yenə də yaxşı bilir ki, Bakı bu şərtə də heç vaxt razı olmayacaq. Çünki Qarabağ iqtisadi rayonu Azərbaycanın dünya tərəfindən tanınmış suveren ərazisidir. Yeri gəlmişkən, bu əsnada rəsmi İrəvanın məhz bu təklifini Azərbaycanın daxili işinə qarışması kimi qiymətləndirmək lazımdır.
Ermənistan baş diplomatının bu təklifləri sırasında yer alan “Azərbaycan marşrutların keçdiyi ölkələrin suverenliyi altında fəaliyyət göstərməli olduğunu bəyan etməyə başlayanda Ermənistan kommunikasiyaları blokdan çıxarmağa hazır olacaq” fikrinə gəlincə, burada artıq İrəvan özü açıq şəkildə etiraf edir ki, o üçtərəfli bəyanatın 9-cu bəndini qəsdən pozur. Naxçıvanı Azərbaycandan ayırıb blokadada saxlamaqda davam edir.
Ermənistan prezidendenti Vaaqn Xaçaturyan da öz növbəsində İtaliyanın “La Repubblica” qəzetinə verdiyi son müsahibəsində sülhə yönəli addım atmamaqda Mirzoyanla sinxron rəqs edir. Diqqət edin, onun “Azərbaycan Dağlıq Qarabağın böyük bir hissəsinə və son iki il yarımda hərbi yolla zəbt etdiyi Ermənistanın bəzi ərazilərinə nəzarət edir” - deməsi, o qədər əsassızdır ki, bunu sülh sazişinin bağlanmasına qəsdən vurulan zərbə kimi qiymətləndirməmək qeyri-mümkündür. Əslində bütün dünya və beynəlxalq təşkilatlar bilir ki, Qarabağ Azərbaycanın suveren ərazisidir. Ona görə də burada hansısa zəbt yox, azad edilmiş torpaqlardan söhbət gedə bilər. Azərbaycanın “Ermənistanın bəzi ərazilərinə nəzarət edir”ə gəlincə isə məlum məsələdir ki, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyası olmadığından konkret sərhəd hələlik məlum deyil.
Bundan əlavə, Xaçaturyan bu müsahibədə “Rusiya sülhməramlıları bizi qorumalıdır, amma Bakı Rusiyanın çətinliklərindən istifadə edir və o, hələ erməni soyqırımını tanımayan Türkiyə ilə münasibətlərin tabusunu qırır: Biz regionda, uşaqlarımız üçün sülh balansı yaratmalıyıq” - deyə, əslində bu kimi şər və ağ yalanları ilə sülh sazişinin bağlanmasına böyük zərbə vurmuş olur.
Onun, “Müharibə hər an baş verə bilər və Azərbaycanın istifadə etdiyi ton ciddi narahatlıq doğurur” - deməsini isə İrəvanın özünü dünya ictimaiyyəti qarşısında sığortalayaraq, Türkiyədəki prezident seçkilərindən istifadə edib, İranın və Rusiyanın dəstəyi ilə Azərbaycana qarşı geniş miqyaslı təxribat törədəcəyinin anonsu kimi qiymətləndirmək olar.
Odur ki, bahar fəsli gəlsə də, istər Mirzoyanın təklifindən, istərsə də Xaçaturyanın müsahibəsindən sülh ətri gəlmir. Əksinə, İrəvan burada sülh sazişinin imzalanmamasına yönəlik olan məkrli niyyətini növbəti dəfə nümayiş etdirir. Bu üzdən Ermənistan tərəfinin tezliklə sülh sazişi imzalanacağına ümid etmək olmaz. İrəvan bu hiyləgər siyasi gedişləri ilə ictimaiyyəti aldadıb, özlərinə sərf edəcək siyasi şəraitə ümid bəsləyib vaxt udmağa çalışır. Deməli, Azərbaycan Ordusunın əli daim tətikdə olmalıdır! modern.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar