Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Son günlər Rusiya hərbçiləri arasında itkilərin sayı kəskin artıb” - Ukrayna Baş Qərargahı

Tarix: 24-03-2023 11:18     Baxış: 4357 A- / A+
“Son günlər Rusiya hərbçiləri arasında itkilərin sayı kəskin artıb”.
Manevr.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumat bülletenində qeyd olunub.

Bildirilib ki, martın 17-dən 21-dək yaralı rus hərbçilərinin əksəriyyəti ölüb: “Bu, qarşı tərəfin tibb xidmətinin zəif olduğunu göstərir. Görünür, tibb işçiləri kifayət qədər peşəkar deyillər”.
Məlumata görə, Rusiya komandanlığı Luqansk vilayətinin müvəqqəti ələ keçirdiyi ərazidə fəaliyyət göstərən mövcud xəstəxanalarda çarpayıların sayını artırmaq qərarına gəlib: “Həmçinin Troitske qəsəbəsindəki hərbi hospitalda çarpayıların sayı iki dəfə artırılaraq 200-dən 400-ə çatdırılıb. Ərazidəki yaralı zabitlər Rusiyaya təxliyə edilib”.
Baş Qərargahın informasiyasına əsasən, son 24 saat ərzində Ukrayna aviasiyası qarşı tərəfin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 12 zərbə endirib: “Son sutkada, həmçinin Rusiya Silahlı Qüvvələrinin 2 “Kh-59” hava raketi və 4 müxtəlif tipli PUA-sı məhv edilib. Raket qoşunlarının bölmələri və artilleriya bölmələri eyni zamanda düşmənin canlı qüvvəsi, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi əraziyə və 2 yanacaq-sürtkü materialı anbarına zərbələr endirib”.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar