Manevr.az xəbər verir ki, Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin bir neçə ay əvvəl müalicə olunmaq üçün köçürüldüyü “Vivamed” klinikasından onun müalicəsinin bundan sonrakı mərhələsinin həmin müəssisədə davam etdirilməsinin məqsədəuyğun olmadığı bildirilib. Bununla bağlı penitensiar xidmətə müraciət ediləcək.
Saakaşvilinin vəkili “Vivamed”-in bəyanatını şərh edərkən bildirib ki, eks-prezident həbsxanaya qaytarılarsa, bu, “onun vəziyyətində ölüm hökmü” olacaq.
Saakaşvilinin ailəsi bu həftənin əvvəlində onun çəkisinin 62 kq-a düşdüyünü, bunun isə boyu ilə (195 sm) uyğun gəlmədiyini bildirib.
Müxalif “Mtavari” telekanalı bildirib ki, eks-prezidentin ailəsi hələ də polşalı həkimlərin onu müayinə edəcəyinə ümidlidir. Aİ-dəki diplomatik mənbələrdən daxil olan qeyri-rəsmi məlumata görə, səfərin tarixi hələ müəyyən edilməsə də, Tiflis buna artıq razılaşıb.(publika.az)