Xəbər lenti
Tehranda küçədə hicabsız rəqs edən gənc qızlar həbs olundu
İranın paytaxtı Tehranın Ekbatan bölgəsində 5 gənc qız Selena Qomez və nigeriyalı müğənni Remanın "Calm Down" mahnısı ilə rəqs etdiyi video paylaşıb.Görüntülər qısa müddətdə böyük marağa səbəb olub. Gənc qızlar hicab taxmadıqları və ictimai yerlərdə rəqs etdikləri səbəbi ilə saxlanılaraq həbs ediliblər.
Manevr.az bildirir ki, küçənin ortasında rəqs etdiklərini əks etdirən TikTok videosunu paylaşan gənc qızlar günlər sonra eyni məkanda baş örtüyü taxaraq üzr istəməyə məcbur olublar. Qızlara dəstək mesajları Selena Qomez və nigeriyalı müğənni Remadan gəlib.
İtaliyanın “la Repubblica” qəzetinin yazdığına görə, video yayıldıqdan sonra İran hakimiyyəti gəncləri 48 saat gözaltında saxlayıb. Qəzet onu da yazıb ki, ikinci tövbə videosunu çəkmək üçün ilk videolarını çəkdikləri yerə, bu dəfə başlarını örtüb qayıtmağa məcbur olublar.
Selena Qomez İnstaqram hekayəsində ürəyinin bu gənc qadınlarla olduğunu yazıb. Qızların həbs xəbərindən sonra sosial media hesabında həmrəylik mesajı yerləşdirən reper Rema “daha yaxşı bir dünya üçün mübarizə aparan bütün gözəl qadınlara mahnı oxuyuram və sizinlə xəyal qururam" mesajını paylaşıb.sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























