Xəbər lenti
Kəşfiyyat: Rusiyanın “böyük hücumu” uğursuz olub
Bir neçə ay ərzində Rusiya təbliğatı Ukrayna cəbhəsində rus ordusunun “böyük hücumu”nu elan etsə də, rus ordusu gözlənilən uğuru qazana bilməyib.
Manevr.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin (KBİ) məlumatında deyilir.Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitskinin bildirib ki, işğalçıların cəsurluğu daha çox dezinformasiya yaymağa çatıb. Onlar öz imkanlarının ümumilikdə həddən artıq "dəqiqliklə" qiymətləndirilməsinə əsaslansa da, əslində onlar eyni vaxtda bir neçə istiqamətdə hücumun davam etdirməyin mümkünsüz olması reallığı ilə üzləşiblər.
“İndi Rusiya ordusunun bir məqsədi var - Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq. Bununla belə, onların böyük uğurları yoxdur, çünki bu, genişmiqyaslı strateji əməliyyatların planlaşdırılması və aparılmasını tələb edir", - deyə Skibitski qeyd edib.
Həmçinin o bildirib ki, hərbi kəşfiyyat Rusiya hərbçilərinin mövqeləri və sayı haqqında mütəmadi olaraq məlumat alır və bunun sayəsində Baş Qərargah növbəti əks tədbirləri planlaşdıra bilir: "İndi işğalçılar ən çox Baxmut, Avdeyevski, Limanski, Kupyanski və Şaxtyorski istiqamətlərində fəallıq nümaiş etdirlər. Lakin cəbhənin bu istiqamətlərində də onlar nəzərəçarpacaq üstünlüt əldə etməyiblər", - KBİ-nin məlumatında qeyd edilir.
Rusların hücuma keçəcəyi ilə bağlı məlumatlar ötən ilin sonunda ortaya çıxdı. Bu, həqiqətən də baş verdi, amma Donbass daxilində. Baxmayaraq ki, o zaman təbliğatçılar Kiyevi də tutacaqlarını deyirdilər. Lakin Ukrayna kəşfiyyatı Kremlin yeni kütləvi hücuma başlamaq üçün resurslarının olmadığına əmin olduğunu bildirib.bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar