Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu, Putin üçün sanksiyadan daha təhlükəlidir - Politoloq

Tarix: 21-03-2023 10:17     Baxış: 3211 A- / A+


Beynəlxalq Cinayət məhkəməsinin (BCM) verdiyi beynəlxalq həbs qərarı Rusiya Prezidenti Vladimir Putin üçün Qərbin bütün sanksiyalarından daha təhlükəli ola bilər.
Manevr.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Baunov bildirib.
O qeyd edib ki, həbs qərarı hələlik Putin üçün birbaşa hüquqi nəticələr verməyəcək. Lakin bu, Kremlin qlobal Qərblə əlaqəni kəsdikdən sonra qlobal Şərq və Cənub ölkələri ilə münasibətləri düzəltmək cəhdlərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər:
"Kremlin ən böyük həmsöhbətləri - Çin, Hindistan, Türkiyə də BCM-ni tanımır. Amma demək olar ki, Rusiyanın özünü ona qarşı mübarizədə flaqman kimi təqdim etməyə çalışdığı bütün Afrika və Latın Amerikası bu məhkəməni tanıyır. Bəzi Afrika ölkələri nəinki BCM-ni tanıyır, əksinə, onunla ədalətin həyata keçirilməsində əməkdaşlıq edirlər".
Qeyd edək ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar