Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mansur Yavaşın tələbi QALMAQAL YARATDI - Kılıçdaroğlu HƏRƏKƏTƏ KEÇDİ

Tarix: 20-03-2023 15:33     Baxış: 4228 A- / A+
Mansur Yavaşın tələbi QALMAQAL YARATDI - Kılıçdaroğlu HƏRƏKƏTƏ KEÇDİ
Türkiyədə əsas müxalifət partiyalarının birləşdiyi “Millət ittifaqı”nda (Altılı masa) yeni qalmaqal yaranıb.
 
Türkiyə mediası xəbər verir ki, Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş televiziya proqramlarının birində müxalifətin namizədi olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun prezident seçilməsi təqdirdə yalnız özünün və İstanbul Böyük şəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun prezident köməkçisi təyin edilməsini təklif edib, bununla da vəziyyət yenidən gərginləşib.
 
“Prezident köməkçiləri olaraq mənimlə Əkrəm bəyi elan edin. Cənab sədrlər millət vəkili olsunlar və partiyalarına başçılıq etsinlər. Öz partiyalarına rəhbərlik etməklərini məntiqli hesab edirəm. Mən hələ də bu düşüncədəyəm”, - M. Yavaş bildirib.
 
Yavaşın bu təklifi məhz Akşenerin təsiri ilə etdiyi iddia olunur. Belə ki, Akşener müxalifət seçkilərdə qalib gəlmədiyi halda Türkiyə Böyük Millət Məclisində öz qrupuna rəhbərlik etmək istəyir.

Digər partiyaların bu ideyaya qarşı çıxmasından və ittifaqdaxili gərginliyin artmasından narahat olan “Altılı masa”nın prezidentliyə namizədi K.Kılıçdaroğlu bələdiyyə sədrləri ilə görüşüb. Ötən gün keçirilən görüş yerli vaxtla 00:00-dək davam edib. Görüşdə Kılıçdaroğlunun bələdiyyə rəhbərləri ilə seçkiyə hazırlıq prosesi və vəzifə bölgüsü barədə fikir mübadiləsi apardığı bildirilib. Həmçinin qeyd olunub ki, Kılıçdaroğlu Yavaşın açıqlamasına sərt reaksiya göstərərək onun təklifini rədd edib: “Bu, mənim seçkilərdə qalib gələ bilməyəcəyimə eyham vuran ritorikadır. Seçicilərdə də ümidsizlik, güvənsizlik yaradır”.
 
Xatırladaq ki, müxalifətin vahid namizədinin CHP lideri olması açıqlandığı gün “Altılı masa”nın üzvü olan digər 5 partiyanın rəhbərinin qələbə qazanılması təqdirdə prezident köməkçisi olacağı bildirilmişdi. Meral Akşener isə CHP-dən bələdiyyə başqanı olan M.Yavaş və Ə.İmamoğlunun adlarının prezident köməkçisi qismində hallandırılmasını təklif etmişdi.(qafqazinfo)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar