Xəbər lenti
Lukaşenko ilə bağlı şok ittihamlar: seksual hallar…
Manevr.az xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli sosial şəkəbə hesabında paylaşım edib.
O diqqətə çatdırıb ki, hesabat 207 zərərçəkən və şahidlə müsahibələr, 2500-dən çox dəlil - video, foto, tibbi arayış və məhkəmə protokolları əsasında hazırlanıb:
"Hesabatda Belarusda insan haqları sahəsində beynəlxalq hüququn geniş yayılmış sistematik pozuntuları, o cümlədən qanunsuz olaraq həyatdan məhrumetmə, çoxsaylı özbaşına azadlıqdan məhrumetmə, işgəncə və amansız rəftar, seksual və gender zorakılığı halları, dinc toplaşmaq və birləşmək azadlığının pozulması faktları sənədləşdirilib. Bildirilir ki, bu halların bəziləri insanlığa qarşı cinayətə bərabər tutula bilər.
"Bizim hesabat Belarusda vətəndaş cəmiyyəti və əsas azadlıqların demək olar ki, tam məhvinin qəbuledilməz mənzərəsini təsvir edir", - deyə Volker Türk vurğulayıb. 17 mart 2023-cü ilə olan məlumata görə, Belarusda 1462 siyasi məhbus var.
Hesabatda BMT üzv dövlətlərinə çağırış var ki, eksterritorial və universal yurisdiksiyanın ümumi qəbul olunmuş prinsipləri çərçivəsində milli səviyyədə günahkarların cəzalandırılması məsələsinə baxsınlar. Yəni Lukaşenko və digər Belarus rəsmiləri haqqında bəzi dövlətlərin (aydındır ki, Qərb) məhkəmələri bu hesabat əsasında məhkumiyyət qərarları çıxara bilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar