Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

İmran Xan terrorda ittiham olunur

Tarix: 19-03-2023 19:36     Baxış: 3344 A- / A+

Pakistan polisi terrorizmdə ittiham olunan keçmiş baş nazir İmran Xana qarşı cinayət işi açıb.
Manevr.az "Associated Press"ə istinadla xəbər verir ki, onun 17 köməkçisinə, digər tərəfdarlarına, o cümlədən keçmiş nazirlərə, keçmiş və indiki parlamentarilərə qarşı da iş açılır.
Ötən gün məhkəmə binası qarşısında polislə Xanın tərəfdarları arasında toqquşma olub. O, istintaq altındadır: keçmiş baş nazir xarici liderlərdən hədiyyələr almaqda və bununla bağlı təxminən 630 min dollar qazanmaqda ittiham olunur. Xanın özü hələ də azadlıqdadır.
İğtişaşlar nəticəsində 50-dən çox polis əməkdaşı yaralanıb, bir neçə avtomobil yanıb. Səlahiyyətlilər 59 Xan tərəfdarını həbs edib.
Bir gün əvvəl Pəncab əyalətində polis onun Lahordakı iqamətgahına basqın edib. Xanın müxalif Ədalət Hərəkatı Partiyasının fəalları silahlı müqavimət göstərib. 61 nəfər həbs edilib.
Bir neçə gün əvvəl polis məhkəmənin qərarına əsasən Xanı həbs etməyə çalışsa da, polisin partiya fəalları ilə toqquşması nəticəsində onlarla asayiş keşikçisi yaralanıb. Bu arada sabiq baş nazirin vəkilləri məhkəməyə təkbaşına gəlmək öhdəliyi ilə həbsin dayandırılmasına nail olublar.
2022-ci ilin aprelində Xan etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar