Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Putin bu ölkələrin üzərindən belə keçsə həbs olunacaq - SİYAHI

Tarix: 19-03-2023 18:45     Baxış: 3298 A- / A+
Putin bu ölkələrin üzərindən belə keçsə həbs olunacaq - SİYAHI

Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsinə dair orderi dünyada müzakirə mövzusu olub.
 
Manevr.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidentinin həbsinə dair order 123 ölkədə qüvvədədir.
 
Roma Statutunu imzalayan bu 123 dövlət Putin üçün verilən həbs orderini icra etməlidir.
 
Bu ölkələrdən 33-ü Afrikada, 19-u Asiya-Sakit okean hövzəsində, 18-i Şərqi Avropada, 28-i Latın Amerikası və Karib hövzəsində, 25-i isə Qərbi Avropada və başqa ərazilərdə yerləşir.
 
Qərara görə, Putin bu 123 ölkədən hər hansı birinə gedərsə və ya təyyarə ilə bu ölkələrin üzərindən keçərsə, o, həbs edilməlidir. 

Məhkəmə qərarından sonra Putin bir növ təcrid vəziyyətinə düşüb. Pandemiyadan bəri onsuz da  Rusiyadan kənara  çox da çıxa bilməyən Putinin gedə biləcəyi yerlər bir qədər də daralıb.
 
Onu da qeyd edək ki, Rusiya Ukraynanı işğal edəndən bəri Putin yalnız Belarus, Tacikistan, Türkmənistan və İrana səfər edib. Bu ölkələr arasında Tacikistan da Roma Əsasnaməsini imzalayıb.
 
Putinin saxlanıla biləcəyi ölkələrin siyahısı aşağıdakı kimidir:
 
Əfqanıstan, Albaniya, Almaniya, Andorra, Antiqua və Barbuda, Argentina, Avstraliya, Avstriya, Banqladeş, Barbados, Beliz, Benin, Boliviya, Bosniya və Herseqovina, Botsvana, Braziliya, Bolqarıstan, Burkina Faso, Belçika, Yaşıl burun, Kamboca, Kanada, Çad, Çili, Kipr, Kolumbiya, Komor adaları, Cənubi Koreya, Fil Dişi Sahili, Kosta Rika, Xorvatiya, Danimarka, Dominikan, Ekvador, El Salvador, Slovakiya, Sloveniya, İspaniya, Estoniya, Finlandiya, Fici, Fransa, Qabon, Qambiya, Gürcüstan, Qana, Qranada, Yunanıstan, Qvatemala, Qvineya, Qayana, Honduras, Macarıstan, Eire, İslandiya, Kuk adaları, Marşal adaları, İtaliya, Yaponiya, İordaniya, Keniya, Kiribati, Lesoto, Latviya, Liberiya, Lixtenşteyn, Litva, Lüksemburq, Şimali Makedoniya, Madaqaskar, Malavi, Maldiv adaları, Malta, Mavrikiy, Moldova, Monqolustan, Monteneqro, Meksika, Namibiya, Nauru, Nigeriya, Norveç, Yeni Zelandiya, Niger, Fələstin, Panama, Paraqvay, Hollandiya, Peru, Polşa, Portuqaliya, Birləşmiş Krallıq, Mərkəzi Afrika Respublikası, Çexiya Respublikası, Konqo Respublikası, Konqo Demokratik Respublikası, Dominik respublikası, Rumıniya, Samoa, Saint Kitts və Nevis, San Marino, st. Vinsent və Qrenadinlər, st. Lucia, Seneqal, Serbiya, Seyşel adaları, Sierra Leone, Cənubi Afrika, İsveç, İsveçrə, Surinam, Tanzaniya, Tacikistan, Şərqi Timor, Trinidad və Tobaqo, Tunis, Uqanda, Uruqvay, Vanuatu, Venesuela, Cibuti, Zambiya.musavat.com
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar