Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Putin Haaqa-nın həbsinə order verdiyi dördüncü dövlət başçısıdır

Tarix: 19-03-2023 10:29     Baxış: 4190 A- / A+
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.
Manevr.az xəbər verir ki,  Rusiya prezidenti vəzifədə olarkən törədilmiş cinayətlərə görə BCM tərəfindən ittiham edilən ilk Avropa lideri və dünyada dördüncü yüksək səviyyəli lider olub.BCM tərəfindən həbs qərarı verilən ilk dövlət başçısı Sudan prezidenti Ömər əl-Bəşirdir. (2008). Əl-Bəşir Darfurdakı münaqişə ilə bağlı soyqırımda ittiham edilib. Amma ittiham onun növbəti 11 il hakimiyyətdə qalmasına mane olmadı. 2019-cu ildə əl-Bəşir hərbi çevriliş nəticəsində devrilib həbs olunsa da, hələ də Haaqa məhkəməsinə verilməyib.
Liviya prezidenti Müəmmər Qəzzafinin həbsinə order 2011-ci ildə verilib. O, kütləvi etirazların yatırılması əməliyyatı zamanı insanlığa qarşı cinayət törətməkdə ittiham olunub. Qəzzafi məhkəməyə qədər yaşamayıb  və üsyançılar tərəfindən öldürülüb.
Fil Dişi Sahilinin prezidenti Loran Qbaqbo. 2011-ci ildə seçkiləri uduzduqdan sonra bunkerdə gizlənib. Lakin daha sonra həbs edilərək Haaqaya aparılıb. Qbaqbo hakimiyyəti zorla saxlamaq cəhdində, insanlığa qarşı cinayətlərdə ittiham olunurdu. 2019-cu ildə ona bəraət verilib.
Beynəlxalq cinayət ədliyyə sistemində BCM-dən başqa xüsusi hərbi tribunallar da mövcuddur. Yaxın tarixdə onlardan 8-i baş tutub. Hazırda iki beynəlxalq tribunal )Ruanda və keçmiş Yuqoslaviya üçün) fəaliyyət göstərir. Son məhkəmə prosesində keçmiş Yuqoslaviya prezidenti Slobodan Miloseviç təqsirləndirilib o, hökmü gözləmədən Haaqa həbsxanasında ölüb.(Musavat.com)

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar