Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Yunanıstanda toxuculuq mağazası işlədən qadının Rusiya casusu olduğu ortaya çıxdı - Şəkillər

Tarix: 19-03-2023 08:26     Baxış: 3149 A- / A+
Yunanıstanda 2018-ci ildən bu ölkədə gizli fəaliyyət göstərən casus aşkarlanıb.

Bu barədə Yunanıstan Milli Kəşfiyyat Xidməti açıqlama verib.

Açıqlamada Maria T. olaraq tanınan və paytaxt Afinanın Pangrati rayonunda yaşadığı deyilən qadının əslində İrina A.S. olduğu qeyd olunub.

Kəşfiyyat orqanı sözügedən şəxsin milliyyəti və tam adı ilə bağlı ətraflı məlumat paylaşmayıb. Ancaq Yunanıstan mətbuatında çıxan xəbərlərdə onun İrina Aleksandrovna Smireva adlı Rusiya vətəndaşı olduğu iddia edilib. Smirevanın Yunanıstan vətəndaşlığı alarkən istifadə etdiyi adın Maria Tsalla olduğu bildirilib.

Həmçinin Smirevanın əslində 35 yaşında olduğu, lakin vətəndaşlıq alarkən özünü 33 yaşında göstərdiyi iddia edilib.

Casusun fotoqraflıqla məşğul olduğu və “Galazio” adlı toxuculuq mağazası işlətdiyi vurğulanıb.

Qeyd edilib ki, Yunanıstan Milli Kəşfiyyat Xidməti bir müddət Smirevanı izləyib, bundan sonra Rusiya Xarici Kəşfiyyat Xidməti onu yanvarda Moskvaya geri çağırıb.

Smirevanın fəaliyyəti ilə bağlı təfərrüatlı məlumat paylaşılmasa da, onun işinin təkcə Yunanıstanla məhdudlaşmadığı, keçmişdə Avropa Birliyindəki digər ölkələrə də casusluq etmiş ola biləcəyi deyilib.

Yunanıstanın aparıcı qəzetlərindən biri olan “Ta Nea” internet saytındakı xəbərdə Smirevanın qonşusu onunla bağlı fikirlərini dilə gətirib. “Biz onu tanıyırdıq. Çox ünsiyyət qurmazdıq, amma üç-dörd dildə danışması məni heyran etmişdi. İngilis, alman və fransız dillərində danışırdı. Düzü, onu bir müddətdir görmürəm”, - deyə o bildirib.

Xəbərdə o məqama da diqqətə çəkilib ki, sosial media hesablarında çox sayda fotoları olan Smireva demək olar ki, onların hamısında üzünü gizlədib. musavat.com

Manevr.az 
 
  

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar