Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İstanbul üçün 4 zəlzələ ssenarisi:Hansı daha təhlükəlidir?

Tarix: 15-03-2023 19:30     Baxış: 3144 A- / A+


İstanbul üçün 4 zəlzələ ssenarisi:Hansı daha təhlükəlidir?

Geofizika mühəndisi Mustafa Serhat Durmuş İstanbulda 260 min binanın riskli olduğunu deyib.
O, gözlənilən zəlzələdə qırılacaq 108 kilometrlik fay xəttinin şəhər mərkəzindən 20 kilometr uzaqlıqda olduğunu bildirib.
Manevr.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mühəndis dörd mümkün ssenarininin olduğunu açıqlayıb. 1999-cu ildə baş verən zəlzələdə qırılmanın mərkəzdən 200 kilometr uzaqda olduğunu vurğulayan Durmuş buna görə maksimum dağıntının gözlənildiyini qeyd edib. O, bir çox ssenarinin irəli sürüldüyü gözlənilən İstanbul zəlzələsi ilə bağlı mümkün dörd ssenarini açıqlayıb. 
Kahramanmaraş zəlzələləri ilə Türkiyənin zəlzələ ölkəsi olması bir daha ağrılı şəkildə xatırlandı. Yaraların sağalmağa davam etdiyi bu günlərdə gözlər İstanbul zəlzələsinə çevrilir ki, bu da başqa bir narahatlıq doğurur. Episentrinin İstanbul olması gözlənilən zəlzələnin 65-70 faiz gerçəkləşəcəyi proqnozlaşdırılır. Zəlzələ olmayan illərdə bu riskin  2,5 artdığını ifadə edən Mustafa Serhat Durmuş bu nisbətin üç il ərzində  75-faizə çatacağını deyib. 
Onun maqnitudasının 7,2 ilə 7,6 arasında olacağını gözlədiklərini deyən Durmuş proqnozlaşdırılan A, B, C, D model zəlzələ ssenariləri ilə bağlı aşağıdakı analizləri edib: 
“A modeli” - Baş verməsi gözlənilən ilk ssenari A modelidir. Yarılmanın Körfəzdə başlayacağı və Mərmərənin ortasına qədər təxminən 119 kilometrlik bir qırılma olacağı və bu qırılma nəticəsində 7,5 bal gücündə zəlzələnin olacağı proqnozlaşdırılır. "B modeli"- Orta Mərmərə xəndəyində qırılmanın olacağı proqnozlaşdırılır. Təxminən 108 kilometrlik qırılma olacağı deyilir. Burada baş verəcək zəlzələ 7,4 bal gücündədir. "C modeli"- Ən pis vəziyyət ssenarilərindən biri kimi təsvir edilir. Bu modelə görə, körfəzdə başlayacaq zəlzələnin Orta Mərmərə çuxurunu tamamilə qıraraq Mərmərənin sonuna qədər gedəcəyini göstərir. Burada 7,7 bal gücündə zəlzələ ilə birlikdə 174 kilometrlik qırılma gözlənilir. Bu ssenari ilə İstanbulun sahil bölgəsində çox ciddi dağıntıların baş verə biləcəyi proqnozlaşdırılır. "D modeli"- Ən optimist ssenari hesab olunur. Bu zəlzələ ssenarisinə görə, yalnız Körfəzin qırılacağı, 37 kilometrlik qırılma olacağı və bunun da 6,9 bal gücündə zəlzələyə səbəb olacağı proqnozlaşdırılır. Bu ssenaridə dağıntının digərləri ilə müqayisədə minimal olacağı gözlənilir”.cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar