Xəbər lenti
Ermənistanın təhlükəsizliyi Azərbaycan və Türkiyə ilə sülhdən asılıdır - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sülh, Türkiyə ilə münasibətlərin tənzimlənməsi, eləcə də Gürcüstan və İranla münasibətlərin yaxşılaşdırılması yalnız Ermənistanın təhlükəsizliyinə təminat verə bilər.
Manevr.az xəbər verir ki, Paşinyan çərşənbə axşamı mətbuat konfransında bildirib ki, Ermənistanın təhlükəsizliyinə yalnız bir şey təminat verə bilər və o da sülhdür.“Başqa heç nə. Biz bunu yaxşı başa düşməliyik. Biz Türkiyə, Azərbaycanla regionda münasibətlərimizi yaxşılaşdıra və ya dəyişdirə bilsək, sülh mümkündür. Gürcüstan və İranla münasibətlərimizin yaxşılaşdırılması iqtisadi və digər sahələrdə daha da yüksəlişə səbəb ola bilər”,- deyə o, əlavə edib.
Eyni zamanda, Paşinyan qeyd edib ki, Azərbaycan hərbi üstünlüyə malikdir və bu səbəbdən də hadisələr onun xeyrinə cərəyan edir.
“Ümumilikdə, Azərbaycanın mövqeyini şərh edirsinizsə, o zaman diplomatik bəyanatların arxasında aşağıdakılar gizlənir: “Biz müharibədə qalib gəldik, daha nə danışıq? Biz nə deyiriksə, o zaman siz də qəbul edib imzalamalısınız.”
Lakin biz bununla razı deyilik”,- deyə bildirib.
Ermənistanın baş naziri sonda etiraf edib ki, Ermənistanın yaratdığı təhlükəsizlik arxitekturası işləməyib.
“Düzü, bunun işləməyəcəyini bilirdik. Biz bir çox başqa ölkələrlə hərbi-siyasi əməkdaşlıq qurmağa çalışırıq və bunu müttəfiqlərimizdən sirr saxlamırıq", - deyə bildirib.bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar