Xəbər lenti
Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ dronu ilə toqquşub

Rusiya qırıcı təyyarəsi Qara dəniz üzərində ABŞ-a məxsus dronla toqquşub.
Bu barədə ABŞ ordusu məlumat yayıb.
Bildirilib ki, Rusiyaya məxsus iki qırıcı təyyarə beynəlxalq hava məkanında gündəlik missiyasında olan ABŞ dronunun qarşısını kəsməyə çalışıb.
ABŞ-ın Avropa komandanlığının mməlumatında bildirilib ki, “rusların təhlükəli və qeyri-peşəkar davranışları” dronla qırıcı təyyarələrdən birinin toqquşmasına səbəb olub.
Məlumatda qeyd olunub ki, ABŞ və müttəfiqləri sözügedən ərazidə əməliyyatlarına davam edəcək.
Pentaqon rəsmisi “Fox News”a açıqlamasında faktı təsdiqləyib.
O, bildirib ki, ABŞ-a məxsus “MQ-9 Reaper” dronu Qara dəniz üzərində beynəlxalq hava məkanında və beynəlxalq sular üzərində missiyasını yerinə yetirərkən Rusiyaya məxsus Su-27 təyyarəsi ilə toqquşub.
Rəsminin sözlərinə görə, dron Krım yaxınlığında Qara dənizə düşüb.
İnsidentdə iştirak edən qırıcı təyyarənin isə Krıma doğru hərəkət etdiyi daha sonra orada eniş etdiyi bildirilib. apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar