Xəbər lenti
Ermənistanda benzin və dizel yenidən bahalaşdı

Bunu “Sputnik Armenia”-a müsahibəsində erməni iqtisadçı, Auditorlar Palatasının sədri Nairi Sarkisyan deyib. O, bu qənaətə Ermənistanın yanacaq bazarında uzun illər apardığı müşahidələr nəticəsində gəlib.
Bu gün Ermənistanın yanacaqdoldurma məntəqələrində Aİ-95 (Premium) markalı benzinin 1 litri 390 dram (1,71 AZN) (keçən həftə 1,53 AZN), Aİ-92 isə 350 dram (1,53 AZN) (ötən həftə 1,40 AZN) olub.
“Hakimiyyət Ermənistanda benzinin və dizel yanacağının qiymətinin qalxmasını beynəlxalq bazarlarda qiymətlərin artması ilə izah edir ki, bu da guya Ermənistan bazarına təsir etməyə bilməzdi. Amma bu, doğru deyil, çünki neftin qiymətinin artması Ermənistanda yalnız 1 litr benzinin və ya dizel yanacağının qiymətində cüzi dalğalanmalara səbəb olur – 1-2% daxilində. Bundan başqa, son vaxtlar beynəlxalq bazarda kəskin dalğalanmalar qeydə alınmayıb”, - Sarkisyan bildirib.
Onun sözlərinə görə, dizel yanacağının bahalaşmasının obyektiv səbəbi idxala maneələr ola bilər, bunun nəticəsində müəyyən kəsir yaranır. Bazarda təklif azalsa, tələb stabil qalsa, təbii ki, bu, qiymət artımına səbəb ola bilər.
“Qiymət artımı iki əsas tərəfə sərfəlidir: birincisi, təbii ki, bunlar yanacaq biznesi ilə məşğul olan şirkətlərdir ki, bahalaşma onların gəlirini artırır. İkincisi, bu, dövlət üçündür, çünki qiymət artımı ƏDV-nin artımı ilə düz mütənasibdir və vergi yığımı mənfəətini artırır”, - deyə Sarkisyan qeyd edib.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar