Xəbər lenti
Ukrayna gürcü etirazçılara dəstək verdi

Manevr.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin "Facebook" səhifəsində bildirilib.
Açıqlamada qeyd olunub ki, Ukrayna gürcü xalqının ölkədə Avropa gələcəyinin qurulmasını davam etdirmək istəyi ilə həmrəydir.
XİN “xarici agentlər haqqında” qanun layihəsinə qarşı kütləvi etirazlar fonunda Gürcüstanda baş verənləri diqqətlə izləməkdə davam etdiklərini açıqlayıb.
“Avropa İttifaqına üzv olmağa can atan bir dövlət kimi Gürcüstan vətəndaşların əsas hüquq və azadlıqlarına, o cümlədən dinc etiraz hüququna ardıcıl təminat verməlidir”, - məlumatda bildirilib.
Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib.Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar