Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcü fəallar parlament binasını yandırıb - DİN-dın açıqlama

Tarix: 08-03-2023 17:34     Baxış: 3205 A- / A+
Gürcü fəallar parlament binasını yandırıb - DİN-dın açıqlama

Gürcüstan polisi martın 7-də axşam saatlarında Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyası zamanı 66 nəfəri saxlayıb.
 
Manevr.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Onlar xırda xuliqanlıqda və polisə tabe olmamaqda ittiham olunurlar.
 
Dövlət məmurlarına qarşı zorakılıq və əmlaka ziyan vurması ilə bağlı araşdırma başlayıb.

Daxili İşlər Nazirliyi əlavə edib ki, etirazçılarla toqquşma nəticəsində 50-yə yaxın polis əməkdaşı xəsarət alıb, onlardan bəziləri xəstəxanaya yerləşdirilib. Vətəndaşlar arasında zərərçəkənlərin də olduğu qeyd edilir.
 
Açıqlamada vurğulanır ki, paytaxt Tbilisinin Rustaveli prospektində baş verənlər dinc aksiya çərçivəsindən çıxıb və bir neçə saat davam edən asayişin pozulmasına gətirib çıxarıb. Qeyd olunur ki, fəallar parlament binasını yandırıb, daş atıb, şüşələri sındırıblar.

Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Axşam saatlarında binanın yaxınlığında toplaşan nümayişçilərin aksiyası gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edən polislə toqquşmaya çevrilib.sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar