Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Sarkisyan: "Əgər Süniki biz qoruya bilməsək, İran bu torpaqları ələ keçirəcək"

Tarix: 06-03-2023 20:12     Baxış: 3235 A- / A+


“Rusiya hərbi bazası və ya Rusiya sülhməramlıları çıxarılarsa, ciddi boşluq yaranacaq. Bu boşluğu kimin dolduracağını isə anlamaq vacibdir”.
Manevr.az xəbər verir ki, bunu politoloq Suren Sarkisyan deyib.

Onun sözlərinə görə, “Nə Aİ, nə ABŞ, nə də bütövlükdə Qərb bizə gözlədiyimizi və tələb etdiyimizi verməyə hazır deyil”. Sarkisyan NATO-nun, amerikalıların və ya avropalıların Rusiya Silahlı Qüvvələrinin çıxarılmasından sonra yaranmış boşluğu doldurmağa hazır olduğuna əmin deyil. Bundan əlavə, ekspert unutmamağa çağırıb ki, məsələn, sülhməramlı missiyanı həyata keçirmək üçün hər iki münaqişə tərəfinin icazəsi lazımdır, lakin nə indiki mərhələdə, nə də Rusiyanın sülhməramlı missiyasının müddəti başa çatan 2,5 ildən sonra Azərbaycan buna razılıq verməyəcək.
İranın rolundan danışan Sarkisyan qeyd edib ki, rəsmi Tehran erməni Sünikini sadəcə Ermənistanla sərhəd hesab etmir, Tehran üçün bu, strateji əhəmiyyətli ərazidir. Ona görə də məlum olarsa ki, Ermənistan bu ərazini qoruya bilməyəcək, məhz onda İran hərəkətə keçərək bu torpaqları öz əlinə almağa çalışacaq. “Hipotetik olaraq, bu, baş verə bilər. Ona görə də İranın maraqlarını başa düşmək və nəzərə almaq lazımdır”.
Sarkisyan vurğulayıb ki, düzgün xarici siyasət xətti qurmaq üçün Ermənistan öz maraqlarını ilk növbədə İranın, həm Rusiyanın, həm də ABŞ-ın maraqları ilə balanslaşdırmalıdır. Ermənistanın düşdüyü indiki vəziyyət belə işlərin aparılmamasının nəticəsidir.konkret.az
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar