Xəbər lenti
Məşhur yazıçı ABŞ prezidenti olmaq istəyir
Məşhur Amerikalı yazıçı Marianna Uilyamson 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini rəsmən açıqlayıb.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, Uilyamson bu barədə paytaxt Vaşinqtonda etdiyi çıxışda qeyd edib. Yazıçı 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri üçün Demokratlar Partiyasından rəsmən namizəd olduğunu bildirib.
Ölkənin hazırda bir çox çətinliklərlə mübarizə apardığını deyən Uilyamson Vaşinqtondakı mövcud iqtisadi nizamı, səhiyyə sistemini və mövcud status-kvonu tənqid edib.
“Mən hiss edirəm ki, qırx il minlərlə insanın travması ilə məşğul olmaq mənə Amerikanın bərpasına kömək etmək üçün nəyin lazım olduğuna dair unikal perspektiv qazandırıb”, - Uilyamson rəsmi internet səhifəsində yazıb. Xanım qeyd edib ki, o, ABŞ-ın dəyərlərdən və doğru yoldan uzaqlaşdığı mərhələni bağlamaq və yeni bir başlanğıc etmək üçün prezidentliyə namizəddir.
“Kölgə effekti”, “Sevgiyə qayıdış”, “Dəyişiklik”, “Möcüzələr ili” kimi ən çox satılan kitabların müəllifi olan Uilyamson 2020-ci il prezident seçkilərində də namizəd olub. “Sevgi siyasəti” yürütdüyünü deyən Uilyamson ilkin seçkilər öncəsi seçki kampaniyasında ianələrlə bağlı problemlər və kifayət qədər dəstək ala bilmədiyi üçün geri çəkilib.
Uilyamson Demokratlar Partiyasından namizədliyini rəsmi olaraq elan edən ilk şəxsdir. Demokratlar Partiyasından olan prezident Co Bayden seçkidə "naziyyət etmək niyyətində olduğunu" bildirib, lakin hələlik rəsmi açıqlama verməyib.
Sevinc
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar