Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

NATO Rusiyanın itkilərini açıqladı

Tarix: 04-03-2023 16:31     Baxış: 3176 A- / A+
Ukraynaya hücum başlayandan bəri 200.000-dən çox rus əsgəri və 1800-dən çox zabit öldürülüb və ya yaralanıb.
Bu barədə NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin komandanı, general Kristofer Kavoli deyib.
Kavoli Hamburq meriyasında ənənəvi şam yeməyində fəxri qonaq qismində iştirak edib və deyib ki, bu müharibənin miqyası inanılmazdır.
Onun sözlərinə görə, Rusiya artıq 2000-dən çox tank itirib və orta hesabla gündə 23 mindən çox artilleriya atəşi açır.
Kavoli bildirib ki, Rusiyanın Ukraynaya hücumundan sonra NATO yeni reallığa uyğunlaşmalıdır.
"Kimsə tankla gəlirsə, sizin də tankınız olmalıdır. Ancaq "soyuq müharibə"nin dərslərindən biri odur ki, silahların dəqiqliyi önəmlidir. Həmçinin müdafiə sənayesinin istehsal gücü də vacibdir. Müharibədə, daha sürətli istehsal edə bilən qazanır", - deyə general qeyd edib.
Eyni zamanda, NATO generalı mülki liderliyin vacibliyini vurğulayıb: "Biz bu münaqişədən öyrəndik ki, mülki liderlik tamamilə vacibdir. O, bir milləti səfərbər edə və tərəfdaşları ruhlandıra bilər".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar