Xəbər lenti
ABŞ Somaliyə 61 ton silah- sursat göndərib

Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlunat ABŞ-dan edilən yazılı açıqlamada öz əksini tapıb.
Açıqlamada 61 ton silah və sursatın Somalinin paytaxtı Moqadişuya gətirildiyi qeyd edilib.
Digər tərəfdən Türkiyə, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və ABŞ birgə bəyanat verərək, terrorla mübarizə aparan Somali hökumətinə dəstəklərini bir daha bəyan ediblər.
Əl-Şəbabla mübarizədə pilotsuz uçuş aparatları, kəşfiyyat və təlim sahələrində fəaliyyətlər həyata keçirən ABŞ-ın Somalidə 450 personalının olduğu təxmin edilir.
Somali ordusu təxminən 7 aydır "Əl-Şəbab" qruplaşmasına qarşı həyata keçirdiyi əməliyyatlarda əhəmiyyətli irəliləyiş əldə edərək bir çox yaşayış məntəqəsinə nəzarəti bərpa edib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar