Xəbər lenti
Rusiya: ABŞ Ukraynada zəhərli kimyəvi maddələrlə təxribat planlaşdırır

Rusiya hərbi qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin komandanı İqor Kirillov ABŞ-ın Ukraynada zəhərli kimyəvi maddələrdən istifadə etməklə təxribat xarakterli hərəkətlər planlaşdırdığını iddia edib.
Manevr.az xəbər verir ki, Kirillov paytaxt Moskvada keçirdiyi mətbuat konfransında ABŞ-ın Ukraynadakı hərəkətləri ilə bağlı açıqlamalar verib.
Amerikanın nüfuzlu qeyri-hökumət təşkilatının fevralın 22-də Ukraynada baş verənlərlə bağlı konfrans keçirdiyini xatırladan Kirillov, bu konfransda ABŞ-ın Moskvadakı keçmiş səfiri Con Sallivanın çıxış etdiyinə diqqət çəkib.
"Sallivan burada Rusiya qüvvələrinin xüsusi hərbi əməliyyatlar zonasında kimyəvi silahdan istifadə etməyi planlaşdırdığı barədə bəyanat verib. Biz bu məlumatı ABŞ və onun əlaltılarının Ukraynada zəhərli kimyəvi maddələrdən istifadə etməklə təxribat törətmək niyyəti kimi qiymətləndiririk", - Kirillov deyib.
O qeyd edib ki, bunun üçün hazırlıq görülür.
"Fevralın 10-da xarici vətəndaşların müşayiəti ilə qatar vaqonunda kimyəvi maddələr Kramatorsk şəhərinə gətirilib. Bu vaqon Kramatorskdakı "Kuybışev" metallurgiya zavoduna aparılıb. Kimyəvi maddələr vaqondan Ukrayna Təhlükəsizlik Xidmətinin, Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları və komandanlıq nümayəndələrinin nəzarəti altında boşaldılıb. Orada 16 möhürlənmiş metal qutu var idi. Onların yarısında kimyəvi təhlükə işarəsi, BZ hərfi və qırmızı iki sətirli işarə var idi”- Kirillov bildirib.
Kimyəvi BZ-nin insanlarda oriyentasiya pozğunluğuna, yaddaş pozğunluğuna və hallüsinasiyalara səbəb olduğunu deyən Kirillov, Kimyəvi Silahlar Konvensiyasına uyğun olaraq sözügedən maddənin istifadəsinin qadağan edildiyinə diqqət çəkib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar