Xəbər lenti
Kişi 8-ci mərtəbədən yıxılan uşağı havada tutdu

Nəzarətsiz qalan əkizlər binadan yıxılıblar
Kişi 8-ci mərtəbədən yıxılan uşağı havada tutub. Manevr.az-ın "Komsomolskaya Pravda"ya istinadla verdiyi məlumata görə, Rusiyada iki yaşlı əkizlər - qız və oğlan, onların 10 yaşlı bacısı nənələrinin nəzarətində olublar. Axşam saatlarında qadın valideynləri işdə olan körpələri dərs edən bacılarına tapşıraraq bir müddətlik evdən çıxıb. Nəzarətsiz qalan uşaqlar otağın pəncərəsini açıb və bir-birinin ardınca 8-ci mərtəbədən yerə yıxılıblar.
Bu zaman 20 yaşlı miçman Pavel Rudakov binanın qarşısından keçib. "Mən qaçırdım. Birdən nəyin isə düşmə səsini eşitdim. Baxdım ki, bu oğlan uşağıdır. Birdən başımı qaldırdım və bir qızın da pəncərədən asılı olduğunu gördüm. O dəqiqə düşündüm ki, birincini xilas edə bilmədim, ikincini etməliyəm. Əlimi açıb, gözləməyə başladım və onu tutdum. Qızın başı mənim qollarıma dəydi. Və o ağlamağa başladı".
Zabitin sözlərinə görə, ilk uşaq yumşaq yerə düşdüyü üçün onun sürəti azalıb və bu onu ölümdən xilas edib.
Şahidlərin sözlərinə görə, uşaqların 10 yaşlı bacısı o qədər ağır şoka girib ki, o da özünü körpələrin ardınca pəncərədən atmağa çalışıb.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar