Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

"Rusiya Çeçenistanda məcburi səfərbərlik həyata keçirir" - Ukrayna Baş Qərargahı

Tarix: 25-02-2023 12:35     Baxış: 4377 A- / A+



"Rusiya Çeçenistanda məcburi səfərbərlik həyata keçirir".
Manevr.az "report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumat bülletenində qeyd olunub.
Bildirilib ki, səfərbərliyə cəlb olunanların mümkün fərariliyi və ya təxribatlarının qarşısını almaq üçün xüsusi təyinatlı alayın 200-dək polisi Baxmut istiqamətinə göndərilib.
Məlumatda həmçinin Müdafiə Qüvvələrinin bölmələrinin gün ərzində 1 Mi-24 hücum helikopterini və düşmənin 4 hava hücumundan müdafiə sisemini məhv etdiyi bildirilib:
"Ukrayna aviasiyası işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 20 zərbə endirib. Topçularımız və reaktiv yaylım atəş sistemlərimiz idarəetmə məntəqəsinə, düşmənin canlı qüvvəsinin cəmləşdiyi 2 əraziyə və 3 sursat anbarına zərbələr endirib".
Operativ məlumatda qeyd olunub ki, son sutkada qarşı tərəfin 70-ə yaxın hücumu dəf edilib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən ilin fevralın 24-də başlayıb. İki ölkə arasında müharibə bir ildir ki, davam edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar