Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kreml Putin-Ərdoğan telefon danışığının detallarını açıqlayıb

Tarix: 25-02-2023 07:54     Baxış: 3217 A- / A+
 Kreml Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığının detallarını açıqlayıb.

 Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, telefon danışığı zamanı Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılmasında Rusiyanın köməyinə görə dərin minnətdarlığını bildirib, rusiyalı xilasedicilərin və həkimlərin yüksək peşəkarlığını qeyd edib.

Öz növbəsində Vladimir Putin ölkənin təbii fəlakətdən zərər çəkmiş rayonlarında bərpa işləri zamanı Türkiyə tərəfinə lazımi yardımı göstərməyə davam etməyə hazır olduğunu təsdiqləyib.

"Rusiya-Türkiyə əməkdaşlığının aktual məsələləri, o cümlədən enerji sektorumda əməkdaşlıq da müzakirə olunub. Rusiya enerji daşıyıcılarının gələcək tədarükünün və Akkuyu AES-in tikintisinin praktiki aspektləri əsaslı şəkildə nəzərdən keçirilib.

Rusiya Prezidentinin Rusiya Federasiyası Federal Məclisinə son müraciətində verdiyi prinsipial qiymətləndirmələr kontekstində Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Ukrayna taxılının ixracı və Rusiya kənd təsərrüfatı məhsullarının və gübrələrinin ixracına dair İstanbul sazişlərinin həyata keçirilməsinə də diqqət yetirilib.

Rusiyadan daha çox ehtiyacı olan ölkələrə müvafiq tədarüklərin aparılmasına maneələrin aradan qaldırılması ilə bağlı “paket”in ikinci hissəsinin vicdanla həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Şəxsi təmasların davam etdirilməsi razılaşdırılıb", - deyə Kremlin yaydığı məlumatda qeyd olunub. apa

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar