Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zəlzələ barədə xəbərdarlıq edən tələbə dağıntılar altında qalıb

Tarix: 24-02-2023 15:48     Baxış: 3312 A- / A+
Zəlzələ barədə xəbərdarlıq edən tələbə dağıntılar altında qalıb

Mərkəzi Kahramanmaraş olan zəlzələdə həyatını itirən Atatürk Universiteti Memarlıq və Dizayn Fakültəsi Memarlıq bölümünün 3-cü kurs tələbəsi Nazlı Huri Bozun son işi “Tarixi mühitdə kütləvi yaşayış” layihəsi olub.

Manevr.az xəbər verir ki, Tütkiyə mətbuatının verdiyi məlumata görə, dosent Emriye Kazaz tələbəsinin layihəsini özündə saxlayacaqlarını və onu fəxri diplomu ilə birlikdə ailəsinə xatirə hədiyyəsi olaraq verəcəklərini bildirib.
Memarlıq və Dizayn fakültəsinin 3-cü kurs tələbəsi Nazlı Huri Boz, fevralın 6-da saat 04:17 radələrində Kahramanmaraşın mərkəzində, Malik Ejder prospektindəki Esençam mənzilində tətildə olarkən ailəsi ilə birlikdə baş verən zəlzələdə dağıntılar altında qalıb. Ailəsi sağ-salamat xilas edilən Nazlı Huri Boz dağıntılar altında həyatını itirib. Bozdan gələn acı xəbər onun təhsil aldığı niversitet kollektivini də çox kədərləndirib.
Məlum olub ki, zəlzələdə həyatını itirən Nazlı Huri Boz Ərzurumda Memarlıq kafedrasının müəllimi, dosent Emriye Kazazla birlikdə “kütləvi yaşayış və şəhərsalma” mövzusunda layihə hazırlayıb. Yakutiyenin mərkəzi və Gölbaşı səmtində tarixi mühitdə çoxmərtəbəli yaşayış layihəsi hazırlayan Nazlı Huri Boz: “Apardığım təhlillər nəticəsində güclü bir axının olduğunu öyrəndim. İnsanların kütləvi yerləşdiyi bu ərazidə həmin axının öyrəniləsinin vacib olduğunu düşünürəm. Eyni zamanda belə qənaətə gəldim ki, yaşayış və ticarət həyatı bir yerdə gedir və bu funksiyanı itirməməlidir. Mənim sahəmdə ən böyük problem ətrafdakı tektonin vəziyyətə əhəmiyyət vermədən hündürmərtəbəli binaların tikilməsi idi", - deyə qeyd edib.
Keçən dövr Nazlı Huri Boz ilə işləyən Atatürk Universiteti Memarlıq və Dizayn Fakültəsi Memarlıq Bölümü Müəllim Dosent Emriye Kazaz: "Tələbələrimiz fəlakənin içində qaldılar. Zəlzələdə yaxalanan tələbələrimizi bir-bir çağırdıq. Onların vəziyyətini soruşduq. Onların çoxunun evləri dağıdılıb və ya ciddi şəkildə zədələnib. Tələbələrimizdən Nazlı Huri Bozu itirdik. Keçən il mənimlə işlədi. Ərzurumun Gölbaşı səmtindəki Kavak Məscidinin ətrafında, tarixi mühitdə kütləvi yaşayış binaları layihəsini həyata keçirdik. Çox kədərləndik.
Allah bir daha belə şeylərə qarşılaşdırmasın. Nazlıdan qalan layihəsini bir xatirə olaraq, fürsət düşən kimi ailəsinə təhvil verməyi planlaşdırırıq. Təhsil ilinin sonunda ona fəxri diplom verməyi planlaşdırırıq. Allah rəhmət eləsin valideynlərinə, yaxınlarına səbr versin”, - deyə o bildirib.
Digər tərəfdən, Nazlı Huri Bozun ailəsi Bütün fotoşəkillərimizi itirdik, xatirələrimiz çuxurun altına qaldığını, Nazlı Huridən bir fotoşəkil belə qalmadı ifadələrini eşitdiyini deyən Kazaz: "Tələbə dostları Nazlı Huri ilə çəkdirdikləri şəkilləri toplayır. Tələbəmizin ailəsinə çatdıracaqlar", - deyib.bizimyol.info

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar